AZ

Ələsgər Məmmədlinin həbs müddəti yenidən uzadıldı

“Toplum TV”nin təsisçisi, hüquqşünas Ələsgər Məmmədlinin həbsdə saxlama müddəti uzadılıb.

Ölkə.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Xətai Rayon Məhkəməsi müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Qərara əsasən, onun həbs qətimkan tədbirinin müddəti 3 ay daha uzadılıb.

Qeyd edək ki, Ə.Məmmədli bu ilin martında həbs edilib. O, qaçaqmalçılıqda ittiham olunur.

***

Eyni iş üzrə ittiham olunan Ruslan İzzətli və Akif Qurbanovun da həbs müddəti 3 ay uzadılıb.

Seçilən
25
11
olke.az

10Mənbələr