AZ

AQTA-nın Gəncə-Daşkəsən RB-nin rəisi Vüqar Zeynalov sahibkarlara necə qənim kəsilib ?


İlk öncə onu qeyd edək ki, QİDA TƏHLÜKƏSİZLİYİ  müasir  dünyada  MİLLİ TƏHLÜKƏSİZLİYİN  ən vacib  sahələrindən biridir.

Bunu nəzərə alan cənab Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılıb.

Təəssüf ki, cənab Prezidentin bu xoşməramlı, mühüm qərarı  AQTA-nın bəzi vəzifəli şəxsləri, konkret desək AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsinin rəisi Vüqar Zeynalov tərəfindən öz şəxsi maraqlarına  yönəldi.

Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən Regional Bölməsi sahibkarlıq fəaliyyətinə ciddi  maneələr törədir.


Son günlər ölkənin tanınmış media qurumları ( Hurriyyet.Az və digərləri )  Yerli.media saytına istinadla yazırlar:

Sahibkarların  sözlərinə görə, regional bölmənin əsas hədəfi xüsusilə kiçik sahibkarlıqla məşğul olanlardır.

Sahibkarlar deyir ki, bölmənin rəisi Vüqar Zeynalovun göstərişi ilə yersiz olaraq sahibkarlar inzibati məsuliyyətə cəlb edilir.

Lakin müəyyən obyektlər var ki, onlar toxunulmazdır. Vüqar Zeynalovun himayəsi altında olan həmin müəssisələrdə hər hansı yoxlama, reyd aparılmır.

Bu arada "Quseynoff" şirkətinin də Vüqar Zeynalovun hədəfinə gəldiyi barədə mediada  məlumat yayılıb.  

Məlumatı dəqiqləşdirmək üçün şirkətin rəhbəri Emin Hüseynovla əlaqə saxlamışıq.

Emin Hüseynov bu məlumatla yanaşı, sahibkarların iddialarını da təsdiqləyib:

"Faktiki olaraq AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa maneələr törədilir. Konkret olaraq bizimlə bağlı məsələyə gəlincə, "Quseynoff" şirkətinin məhsulları bütün standarlara cavab verir. Biz hələ məhsulları satışa buraxmamışdan əvvəl Vüqar Zeynalov həmin məhsullara baxış keçirib  və heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, şirkətimiz regional bölmənin hədəfindədir. Mən bundan əvvəl rəhbərlik etdiyim şirkətlərdə  oxşar hallarla üzləşmişəm. Eləcə də "Quseynoff"MMC, daha sonra "DEMONN" MMC ilə qəsdən problem yaradırlar", - deyə Emin Hüseynov bildirib.

Beləliklə, aydın olur ki, AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi qida təhlükəsizliyi adı altında sahibkarlara qarşı səlib yürüşünə başlayıb.

Bir neçə gün əvvəl Gəncədə 15 nəfərin, ondan əvvəl isə 105 nəfərin zəhərləndiyi barədə məlumat yayılmışdı. Məlum olmuşdur ki, yas məclisində zəhərlənən şəxslər Gəncədə istehsal olunan qida məhsullarından zəhərlənib. Görəsən, cənab Vüqar  Zeynalov hara baxırmış ?

İndi isə keçək  Vüqar Zeynalovun qanunsuz  əməlləri ilə bağlı NUH.az-a  daxil olan son məlumatlara.

Sahibkarla deyir ki, bölmənin rəisi Vüqar Zeynalovun göstərişi ilə yersiz olaraq sahibkarlar inzibati məsuliyyətə cəlb edilir.

Lakin müəyyən obyektlər var ki, onlar toxunulmazdır. Vüqar Zeynalovun himayəsi altında olan həmin müəssisələrdə hər hansı yoxlama, reyd aparılmır.

Beləliklə, aydın olur ki, AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi qida təhlükəsizliyi adı altında sahibkarlara qarşı səlib yürüşünə başlayıb.

SSahibkarlar  deyir ki, Gəncə şəhərində, “Mərkəzi bazar”  ətrafında , yeni  “Grand Kavkaz “   bazar ətrafı  və şəhərin bir cox yerlərində “içalat kababı “ adıyla antisanitariya şəraitində, yerde , beton , asfalt üstündə su şlanqı ilə yuyulub, sonra acıq havada kabab adı ilə əhaliyyə satılan natəmiz içalati  AQTA görməzliyə vurur. Çünki bu obyektlər Vüqar Züynalovun maddi-maraq dairəsinə daxildir.

Şəhər mərkəzində  peraşki satan köşklərin çoxu həftələrlə yanmış  yagı dəyişmədən satış edirlər.

Vuqar Zeynalov cənabları bunları niyə görmür, daha doğrusu, görmək istəmir ?  

Vüqar Zeynalov  əməkdaşlarını  ancaq  o obyektlərə göndərir ki, o obyektlərin  sahibi  olan  sahibkarlar  ona  “aylıq”  vermirlər.

Narazı sahibkarlar onu da qeyd edir ki, Vüqar Zeynalovun yoxlamaya  gələn əməkdaşları kafe, restoran, kafelərə adi geyimdə daxil olurlar,  nə steril papaq, nə əlcək, nə bahil  və s  istifadə etmirlər. Bu bir daha onu göstərir ki, Vüqar Zeynalovun əməkdaşları  AQTA-nın qaydalarını  kobud şəkildə pozurlar.

Bunlar hələ harasıdır ?

Qaydaya uyğun olaraq  müəssisəyə yoxlama ilə bağlı 5-10 gün əvvəl bildiriş  gəlmədən, Vüqar Zeynalovun əməkdaşları  obyektə “qoçu dəstəsi” kimi, aqressiv şəkildə daxil olurlar, sanki basqın edirlər. Və sahibkarlarda  xof-qorxu yaratmaq  üçün KAMERA ilə çəkiliş edirlər, yalandan deyirlər ki, guya  baş verənləri  AQTA rəhbərliyi  izləyir.

Və bu yolla  sahibkarları  qorxu, təzyiq altında saxlayırlar.

Məqsəd  sahibkarlardan PUL  ALMAQDIR. Bunun başqa adı yoxdur.

Sahibkarlar haqlı olaraq onu da qeyd  edirlər ki, bircə dəfə də olsun, AQTA-nın əməkdaşları xoş niyyətlə obyektlərə daxil olub, maarifləndirici, profilaktik söhbətlər aparmır, problemləri aradan qaldırmağın yollarını göstərmirlər. Ancaq və ancaq təzyiq və repessiv formada, yekəxana hərəkətlə   sahibkarları “yükləməyə” çalışırlar. Və sahibkarların qanunları bilməməsindən sui-istifadə edərək böyük inzibatı cəzalar, böyük məbləğdə və dərhal ödənilməli  cərimələr tələb edirlər.

Sahibkarlar  deyir ki, Vüqar  Zeynalov  rəisi olduğu şöbədə də özünü  eyni qaydada  aparır və əməkdaşlarına  qışqıraraq deyir ki, mən təzə təyin olunmuşam…xərcim çox çıxıb…AQTA məndən plan tələb edir…çıxın küçələrə…gələndə əli dolu gəlin…əks halda  sizi yararsız kadr kimi işdən qovacam və s…

Bax, cənab Vüqar Zeynalovun iş metodu budur.

Ən dəhşətlisi  odur ki, Vüqar Zeynalovun qanunsuz yoxlamaları  bitmək bilmir.

Belə ki, şəffaf yoxlama  tələb edən sahibkarların obyektlərində  yoxlama  bitdikdən 1-2 ay sonra  yenidən yoxlama  başlayır. Bu isə sahibkarların fəaliyyətinə maddi  və mənəvi zərbə vurur. 

Sahibkarlar sonda qeyd edir ki, onlar  cənab Prezidentin siyasətini dəstəkləyirlər, dövlət başçısının sahibkrlara qayğısını alqışlayırlar. Və xahiş edirlər ki, Vüqar Zeynalovun qanunsuz əməlləri müvafiq dövlət qurumları tərəfindən araşdırılsın və layiq olduğu cəzanı alsın.

Sahibkarlar sonda təklif edir ki, Gəncə-Daşkəsən bölgəsində AQTA-nın fəaliyyəti ilə bağlı sahibkarlar arasında şəffaf və gizli  sorğu keçirilsin və onda  həqiqət ortaya  çıxacaq.

 

P.S. NUH.az-ın əməkdaşı yazılanlara aydınlıq gətirmək üçün Vüqar  Zeynalovla telefon əlaqəsi saxlayıb. O, bildirib ki, AQTA rəhbərliyinin icazəsi olmadan heç nə deyə bilməz.

 


Seçilən
50
2
nuh.az

8Mənbələr