AZ

Təl-Əviv hücumuna görə məsuliyyəti HƏMAS öz üzərinə götürüb

Fələstinin HƏMAS terror qruplaşması oktyabrın 1-də Təl-Əvivin cənubundakı Yaffa məhəlləsində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə “Reuters” HƏMAS-ın hərbi qanadı olan İzəddin əl-Qəssam briqadasının bəyanatına istinadən məlumat yayıb.

“The Times of Israel” yazır ki, hücumu həyata keçirən iki terrorçu – Hebrondan olan Məhəmməd Mesek və Əhməd Himuni terror qruplaşmasının üzvləridir.

Oktyabrın 1-də axşam saatlarında Yaffada tramvay dayanacağında iki silahlı terrorçu mülki şəxslərə avtomatdan atəş açıb. Hücum edənlər zərərsizləşdirilib, polis bildirib.

Son məlumatlara görə, terror aktı nəticəsində 8 nəfər ölüb, 16 nəfər yaralanıb. Ölənlər arasında 24-42 yaş arası vətəndaşlar da var. KİV-in məlumatına görə, ölənlər arasında Yunanıstan və Gürcüstan vətəndaşları da var.

Oxuməni.az

Seçilən
12
1
oxumeni.az

3Mənbələr