AZ

Məşhur reper 120 nəfəri zorlayıb, 25-i kişidir - FOTO

120 nəfər “Diddy” ləqəbli amerikalı prodüser və reper Sean Combsu məhkəməyə verəcək.

 

Sfera.az bildirir ki, sözügedən şəxslər cinsi təcavüz və zorakılığa məruz qaldıqlarını əsas gətiriblər.

 

Vəkil Tony Buzbee yerli mediaya açıqlamasında 120 nəfəri təmsil etdiyini bildirib. Müvəkkillərinin yaxın günlərdə bu məsələ ilə bağlı məhkəməyə müraciət etmələrini gözlədiyini qeyd edən vəkil sözügedən şəxslərdən yarısının kişi olduğunu vurğulayıb.

 

“120 nəfərdən 25-i cinsi zorakılığa məruz qaldıqları vaxt yetkinlik yaşına çatmayıb. Həmçinin iş üzrə ittihamlarla bağlı əlimizdə foto, video və mesajlar da var”, -  vəkil əlavə edib.

 

Türkan

 

Seçilən
61
1
sfera.az

2Mənbələr