AZ

Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda keçiriləcək COP29-da iştirak edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi Azərbaycanın paytaxtına səfər etməyi planlaşdırdığını təsdiqləyib.

Oxu.Az-ın BELTA-ya istinadən xəbərinə görə, bu barədə Lukaşenko Belarusun paytaxtı Minskdə Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.

Azərbaycanın baş naziri Belarus Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin adından Bakıda keçiriləcək COP29-da iştirak üçün dəvət məktubunu təqdim edib.

“Biz sizin şəxsi iştirakınıza xüsusi önəm veririk ki, iştirakınız bu konfransa xüsusi status verəcək”, – deyə Əli Əsədov vurğulayıb.

phrase_var_article.chosen
71
9
editor.az

10phrase_var_article.sources