AZ

Elnur Rzayev İbrahim Ağçaylını təbrik etdi

Elnur Rzayev 75 illik yubileyini qeyd edən İbrahim Ağçaylı ilə görüşüb.
Xaçmaz Rayon İcra hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Dahi” qəzetinin baş redaktoru İbrahim Qədirovla (İbrahim Ağçaylı) görüşüb. Elnur Rzayev İbrahim Ağçaylını anadan olmasının 75 illik yubileyi münasibəti ilə təbrik edib, xoş arzularını çatdırıb. Görüşdə yubilyarın həyatından və fəaliyyətindən geniş söhbət açılıb. İbrahim Ağçaylı təbriklərə və səmimi qəbula görə rayon rəhbrəliyinə minnətdarlığını bildirib.
Sonda yubilyara Rayon İcra Hakiyyətinin fəxri fərmanı və xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, İbrahim Qürbət oğlu Qədirov – 1949-cu il oktyabrın 3-də Xaçmaz rayonunun Qobuqrağı kəndində anadan olub.
Seçilən
1
1
xalq.az

2Mənbələr