AZ

İsmayıllı rayonunun üç ərazisində yollar təmir olunub

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə İsmayıllı rayonunda bir neçə ərazidə təmir işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Doğru.az-a bildirilib ki, təmir işləri İsmayıllı rayonunda Şəhid Elnur Səmədov adına küçədə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 32-ci kilometrində və Quşencə-Zoğallıq avtomobil yolunda yerləşən ərazilərdə təmir işləri aparılıb.

Təmir olunan ərazilərin ümumi sahəsi 1852 kvadratmetr təşkil edir.

DOĞRU.AZ

Seçilən
1
2
dogru.az

3Mənbələr