AZ

Prezident İlham Əliyev Cəbrayıl rayonuna gedib (Yenilənib)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.

Mia.az xəbər verir ki, xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma kənddə görülən işlər barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.

Mia.az xəbər verir ki,, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verdi.

***

Prezident İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonunda “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub.

Mia.az xəbər verir ki, “Hicaz” MMC-nin təsisçisi Səfər Sadıqov dövlət başçısına müəssisə haqqında məlumat verdi.

phrase_var_article.chosen
144
6
mia.az

10phrase_var_article.sources