AZ

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi

Bakı, 3 oktyabr, AZƏRTAC

Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 3-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın sentyabrın 13-ü, 14-ü, 15-i və 16-sı tarixli iclaslarının protokolları təsdiq edilib.

Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb. Aparılan müzakirələrin ardınca 24 saylı Nizami birinci, 42 saylı Sumqayıt birinci, 82 saylı İmişli-Saatlı və 83 saylı Beyləqan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Media subyektləri nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə baxılıb.

Seçilən
16
1
azertag.az

2Mənbələr