AZ

MMN: ''Türkiyə vətəndaşlarının Livandan təxliyə olunmasına dair hazırlıqlarını tamamladı''

Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) ilk növbədə Türkiyə vətəndaşları olmaqla xarici ölkə vətəndaşlarının da Livandan təhlükəsiz şəkildə təxliyə olunmasına dair planlaşdırma və hazırlıqlarını tamamladığını bildirdi.

MMN mənbələri həftəlik mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandırdı.

Nazirlik İsrailin Livana hücumu və ardından İranın İsraili raketlərlə vurması nəticəsində yaranan gərginliyin regional müharibəyə çevrilməsi ehtimalı ilə bağlı suala belə cavab verdi: "Milli Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələri (TSQ) olaraq ölkəmizin müdafiə və təhlükəsizliyinə dair bölgəmizdə və dünyada baş verən hadisələri yaxından izləyir, çoxsahəli bir təhlükəsizlik strategiyası ilə qiymətləndirir və görülməli tədbirləri həyata keçiririk."

TSQ-nin, ölkənin suverenliyinə yönələn və ya yönələ biləcək hər cür təhdid və təhlükəni zərərsizləşdirməyə qadir olduğunu vurğulandı.

Livandakı Türkiyə vətəndaşlarının təxliyə olunması ilə bağlı sualı isə Nazirlik mənbələri belə cavabladı: "Daha öncə bir çox təxliyə əməliyyatını uğurla icra etmiş Türkiyə Silahlı Qüvvələrimiz ilk növbədə vətəndaşlarımız olmaqla xarici ölkə vətəndaşlarının da Livandan təhlükəsiz şəkildə təxliyə olunmasına dair planlaşdırma və hazırlıqlarını tamamlamışdır. Hazırda Livanda baş verən hadisələr Xarici İşlər Nazirliyi ilə əlaqəli şəkildə yaxından izlənilir. Təxliyyə başladığı halda zəruri məlumatlandırma dövlətimizin aidiyyəti qurumları tərəfindən ediləcəkdir."



Seçilən
61
2
trt.net.tr

10Mənbələr