AZ

MSK üç dairə sədrini işdən çıxardı – Biri Zülfü Hacıyevin oğludur

Mərkəzi Seçki Komissiyası sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər zamanı qanun pozuntularının baş verdiyi bəzi seçki dairələri sədrlərini vəzifədən azad edib.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, vəzifədən azad olunanlar 42 saylı Sumqayıt birinci Seçki Dairəsinin sədri Ruslan Hacıyev, 24 saylı Nizmai birinci Seçki Dairəsinin sədri Niyazi Nəcəfov və 82 saylı İmişli-Saatlı Seçki Dairsi Barat Xəlilovdur.
Qeyd edək ki, Ruslan Hacıyev 20 noyabr 1991-ci ildə Qarakənddə ermənilərin vertolyotu vurması nəticəsində həlak olan Azərbaycan Respublikası Baş nazirinin müavini Zülfü Hacıyevin oğludur.
phrase_var_article.chosen
39
2
tribunainfo.az

3phrase_var_article.sources