AZ

Mərkəzi Gömrük Hospitalının klinik bazasında xarici tələbələrə dərs keçilir

Mərkəzi

Bakı, 3 oktyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının klinik bazasında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün subbakalavr, baza təhsili və rezident səviyyəsində tədris prosesi aparılır.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Hospitalının klinik bazasında bir qrup xarici tələbə üçün tədris təşkil edilib. Onların arasında ABŞ, Çexiya, Səudiyyə Ərəbistan, Kenya, İraq, Misir, Böyük Britaniya və digər ölkələrdən olan tələbələr tədris proqramına əsasən xəstələrin müalicə prosesi ilə tanış olurlar.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini dosent İsmayıl Əfəndiyevin rəhbərliyi və Elmi Təcrübi Tədris Mərkəzinin rəisi tibb elmləri doktoru Rəşad Mahmudovun, eləcə də Mərkəzi Gömrük Hospitalının həkimlərinin dəstəyi ilə tədris yüksək səviyyədə təşkil edilir.

Seçilən
23
1
azertag.az

2Mənbələr