AZ

"Landsberqis Qərbin sifarişini icra edir"

Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri, Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin Strasburqda AŞPA sessiyasında Azərbaycana qarşı səsləndirdiyi fikirlər tamamilə böhtan xarakterlidir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, bu fikirlər ölkəmizin nüfuzuna xələl gətirməyə yönəlib:

"Bu gün Litva faktiki olaraq Qərbin vassal dövlətidir. Qərbin sifarişlərini qeyd-şərtsiz yerinə yetirir. Elə bunun nəticəsidir ki, Qərbin ayrı-ayrı coğrafiyalarda siyasətini təmin etmək üçün Litvadan tez-tez istifadə olunur. Litvanın xarici işlər nazirinin Tbilisidə keçirilən müxalifətin aksiyasında peyda olması bunun göstəricisidir.

Bu gün də Litvada antisemitizm əhval-ruhiyyələri artmaqdadır. Ölkə əhalisinin bir qismini təşkil edən etnik ruslar vətəndaş hesab olunmur. Ölkədə islamofobiya dərin kök salmaqdadır. Neçə ildir müsəlman icması Vilnüsdə məscid tikintisinə çalışsa da, hakimiyyət buna icazə vermir və müsəlmanlar adi mənzillərdə toplaşmalı olurlar. Bu da dövlət siyasətidir".

Siyasi təhlilçi Turab Rzayev bildirib ki, Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri, Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin Strasburqda AŞPA sessiyasında Azərbaycana qarşı səsləndirdiyi fikirlər Azərbaycan tərəfindən xoş qarşılanmır.

"Litva ilə Azərbaycanın keçmişə dayanan əlaqələri olub. Belə olan halda Litvanın bunu görməzdən gəlməsi və Azərbaycanın əleyhinə belə tənqidlər səsləndirməsi heç də yaxşı deyil. Eyni zamanda, Litvanın Azərbaycanı insan hüquqları ilə bağlı ittiham eləməsi özündə olan insan hüquqları məsələsini önə çıxarır. Litvada milli azlıqlara qarşı açıq şəkildə assimilyasiya siayasəti yürüdülür.

Belə demək mümkünsə, dedikləri ilə etdikləri üst-üstə düşmür. Landsberqis Qərbin sifarişini icra etməklə, faktiki olaraq, Litva-Azərbaycan münasibətlərini pozur. Litvanın bu davranışı bölgədə sülhə mane olur", - deyə o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

phrase_var_article.chosen
56
milli.az

1phrase_var_article.sources