AZ

Məktəb direktorunun həyat qurtaran müdaxiləsi

Türkiyənin Kütahya şəhərində nəfəs borusuna yemək qalan şagird məktəb direktorunun "Heimlich" manevri ilə sağ qalıb.

Qaziler.az bildirir ki, bu barədə Türkiyə mətbuatı yazıb.


Əldə edilən məlumata görə, Yavuz Sultan Səlim Xüsusi Təhsil Tətbiq Mərkəzində yemək yeyən 9-cu sinif şagirdi 16 yaşlı Reyhan Dönmezin nəfəs borusunda yemək qalıb. Tələbə nəfəs almaqda çətinlik çəkən zaman ilk olaraq yeməkxana işçiləri müdaxilə edərək onun həyatını qurtarmağa çalışıblar. Lakin onlar buna nail ola bilməyəndə vəziyyəti məktəb direktoruna çatdırıblar. Məktəb direktoru Ahmet Hamdi Karamete qısa müddətdə bufetə gələrək "Heimlich" manevri edərək nəfəs almaqda çətinlik çəkən Dönmezi xilas edib.


Müəllimlərin və Karametin uşağa müdaxilə etdiyi anlar məktəbin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

QAZİLER.AZ

Seçilən
75
qaziler.az

1Mənbələr