AZ

ABŞ-da "Helen" qasırğasında ölənlərin sayı 200-ə çatıb - VİDEO

ABŞ-da "Helen" qasırğası nəticəsində ölənlərin sayı 200-ə çatıb.

Bu barədə "Associated Press" agentliyi xəbər verib.

Xilasedicilər xeyli insanin hələ də itkin düşmüş hesab edildiyini nəzərə alaraq ölənlərin sayının artacağını istisna etmirlər.

Təbii fəlakət ilk növbədə altı ştata təsir edib: Şimali Karolina, Corciya, Cənubi Karolina, Florida, Tennessi və Virciniya.

Oktyabrın 3-ü səhər saatlarına olan məlumata görə, ABŞ-də təxminən 1 milyon insan işıqsız qalıb. Onların əksəriyyəti Cənubi və Şimali Karolina sakinləridir.

Daha ətraflı videomaterialda:

Seçilən
14
8
korrespondent.az

10Mənbələr