AZ

"Qarabağ"la oyunda qələbəyə layiq idik"

"Malmö" Avropa Liqası Əsas mərhələsinin II turunda Bakıda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.

Sportnet.az xəbər verir ki, İsveç təmsilçisinin baş məşqçisi Henrik Ridström matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, çətin oyun olacaq. Həqiqətən də belə oldu. "Qarabağ" çox güclü, gözəl komandadır. Onların yaxşı oyunçuları var. Elə anlar oldu ki, çox çətinlik çəkdik. Komandamın oyunundan razıyam. Biz qələbəyə layiq idik. Qalib də gəldik.

- "Reyncers"lə oyunla müqayisədə bu dəfə fərqli nə oldu?

- Bu gün daha yaxşı müdafiə olunduq. Topla çox soyuqqanlı hərəkət etdik. Oyunun sonunda rəqib bizi sıxdı. Ona qədər hücumlarımız kəsərli idi, "Qarabağ"ı bir çox hallarda müdafiədə oturmağa məcbur edirdik.

- Belə olacağını ehtimal edirdiniz?

- Bəli. "Qarabağ" güclüdür. Oyun planını elə qurduq ki, əks-hücumları nəzarətdə saxlayaq. "Reyncers"lə oyundan razı deyildim. Bu gün daha məntiqli oynadıq.

- "Qarabağ"ın forvardı Musa Qurbanlı "Yurqorden"də bir mövsüm oynayıb geri qayıtdı. Sizcə, bir azərbaycanlının Skandinaviya futboluna öyrəşməsi üçün nə lazımdır?

- Demək çətindir. Skandinaviya ölkələrində fiziki aspektdən hazır olmalısan. Bu gün texniki məqamlar nəzərə çarpdı. Amma Norveç və İsveçdə fiziki hazırlıq tələb olunur.


Seçilən
55
6
sportnet.az

10Mənbələr