AZ

Bu dörd top-klub onu izləyir

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq klubunu dəyişə bilər.

90deqiqe.Az-ın “Diario Sport”a istinadən məlumatına görə, 27 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted", "Bavariya", "Çelsi" və PSJ maraqlıdır.

Niderlandlı futbolçunun uzun müddətdir ki, gələcəyi ilə bağlı “Barselona”ya cavab vermədiyi üçün de Yonqa maraq artıb.

Bundan əvvəl Kataloniya klubunun bir il əvvəl de Yonqa yeni müqavilə təklif etdiyi bildirilirdi.

De Yonqun "Barselona" ilə hazırkı əmək müqaviləsi 2026-cı ilə qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.

phrase_var_article.chosen
84
90deqiqe.az

1phrase_var_article.sources