Amerikalı multimilyarder İlon Mask Macarıstan hökumətinin başçısı Viktor Orbanın qanunsuz miqrantları Brüsselin mərkəzinə göndərmək ideyasını müsbət qiymətləndirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə sahibkar “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Oktyabrın 2-də Orban bildirib ki, Avropa İttifaqı Macarıstanı Aİ sərhədlərini qeyri-qanuni immiqrantlardan qoruduğuna görə cəzalandırmaqda davam edərsə, Macarıstan hökuməti miqrantları Brüsselin əsas meydanına daşıyacaq.
Mask Macarıstan baş nazirinin təklifini “yaxşı ideya” adlandırıb.