AZ

Məşhur aktrisadan ürək dağlayan sözlər: "Görəsən adam özünü hara çırpanda sakitləşir..."

Görəsən adam özünü hara çırpanda sakitləşir, ağrıları azalır... Lamiyə sənə qurban olaram... başına dönərəm sənin... səni o qədər sevirəm ki ... Anamdan sonra anam da sən idin, bacım da... Onsuzda yetim olan məni yetim qoydun ...istəyirəm özümü götürüm çırpım divara bəlkə ağrım azala...

Publika.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa Zülfiyyə Qurbanova bu yaxınlarda ağır xəstəlikdən itirdiyi bacısı haqqında yazıb. O, iyunun 8 -indən bacısının müalicəyə başladığını qeyd edib. Ürək ağrısını sosial media hesabında paylaşan məşhur çətin günlər keçirdiyinin və bacasının 3 övladı olduğunu deyib.

"Çox inanırdım düzələcəksən. Deyirdi ay Zu, birdən əziyyətimiz hədər gedər, deyirdim yox, Lamı mənim heç bir əziyyətim hədər getməyib. 3 balamız qaldı - 10 ,4 ,1yaş yarımlıq körpə. Mən bu dünyanın ədalətinə xəstəxana dəhlizində Lamı ölmə bizim 3 balamız var, onlara söz vermişəm səni sağaldıb qaytaracam deyib özümü divarlara çırpanda son qoydum. Səni burdan götürüb Türkiyəyə ən yaxşı xəstəxanaya qaçırdım ki, təki sağalansan. Bacarmadıq ...bacarmadım... Bağışla məni ... Anam bizi çox zülmlə təkbaşına böyütmüşdü, bu bizim başımıza gəlməməli idi. O biri dünya varsa anama nə cavab verəcəm? Dəyəcəm sənin balaların bir-birlərinə sahib çıxıb özlərini qorumadılar? Adam 4 ildə həm ana, həm bu dünyada yeganə bacı olan bacısını itirərər? Səni son nəfəsimə qədər çox sevəcəm, sənə söz vermişəm balalarımıza bəlkə sənin kimi mükəmməl bir ana olmayacam, amma ana kimi xala olacam. Balalarımın dediyi kimi xala ana olacam.

Seçilən
97
27
publika.az

10Mənbələr