AZ

BMT TŞ İsrail tərəfindən arzuolunmaz şəxs elan olunmuş Quterreşi dəstəkləyib

BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailin BMT-nin Baş katibi Antoniu Quterreşi persona non qrata elan etməsindən sonra dünya təşkilatının rəhbərinə tam dəstəyini ifadə edib və bütün ölkələrin onun işinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinməsinin vacibliyini vurğulayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

“Təhlükəsizlik Şurasının üzvləri BMT-nin Baş katibi Antoniu Quterreşə və onun mühüm roluna tam dəstəklərini təsdiq ediblər. Bütün üzv ölkələrin Baş katiblə məhsuldar və səmərəli münasibətlər qurmasının və onun və ofisinin işinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinməsinin vacibliyini vurğulayırıq”, – sənəddə qeyd olunub.

Bəyanatda həmçinin bildirilib ki, BMT Baş katibi ilə əməkdaşlıqdan imtina etmək barədə hər hansı qərar “xüsusilə Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda məhsuldar deyil”.

Seçilən
70
3
sam.az

4Mənbələr