Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür.Adalet.az xatırladır ki, Qarakənd faciəsindən 32 il ötür.1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır:Tofiq Kazım oğlu İsmayılov – dövlət katibiİsmət İsmayıl oğlu Qayıbov – Baş prokurorMəhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziriZülfü Saleh oğlu Hacıyev – Baş nazirin müaviniVaqif Cəfər oğlu Cəfərov – deputatVəli Hüseyn oğlu Məmmədov – deputatOsman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiriQurban Hüseyn oğlu Namazəliyev – nazir müaviniİqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroruVladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisiSergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisiNikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantıSanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müaviniMixail Dmitriyeviç Lukaşov – milis general-mayoruOleq Nikoloyeviç Koçerev – polkovnik-leytenantRafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisiAlı Mustafa oğlu Mustafayev – telejurnalistArif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısıFəxrəddin İbrahim oğlu Şahbazov – videooperatorVyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiriGennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvüDmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun vurulması faktı təsdiqlənib. Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut ediblər.2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.Dövlət başçısı oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb.Artıq ermənilər tərəfindən terror aktının tödərildiyi Qarakənd kəndi də 32 ildən sonra düşmən tapdağından azad edilib.Faciədən 32 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Terror aktının baş verdiyi ərazinin işğalı altında olması səbəbindən cinayət işi üzrə istintaq dayandırılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta