AZ

Sürücülərin DİQQƏTİNƏ: Bakı-Şamaxı-Yevlax yolunda avtomobillə hərəkət məhdudlaşdırılacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə AAYDA-dan məlumat verilib.
Müraciətdə deyilir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax rayonu, Xaldan kəndi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 1.5 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
phrase_var_article.chosen
92
21
oxu.az

9phrase_var_article.sources