AZ

Əhali ən çox hansı banklara etibar edir?

Azərbaycanda fəaliyyət göstərən banklara  ümumilikdə 35 milyard manat depozit yerləşdirilib.

Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, depozitlərin  60,3 faizi və ya 21 milyard 112 milyon manatı hüquqi şəxslərin, 39,7 faizi və ya 13 milyard 891 milyon manatı fiziki şəxslərin depozitlərindən  ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 65,6 faizi (9,110.2 mln. manat) milli valyutada, 34,4 faizi (4,781.7 mln. manat) xarici valyutadadır.

Bankların əmanət təkliflərinə nəzər salanda  görünür ki, ən yüksək əmanət faizləri Azərbaycan Beynəlxalq Bankı, Bank BTB, Bank VTB, Unibank, Ekspressbank və Yelobankdır.

Bu banklarda bir illik əmanətlər 10-11 faiz arasında dəyişir.

Ən aşağı əmanət faizləri isə Xalqbank, Yapıkredit bank və Azərtürkbankdadır.

Yapıkredit bankı 5,5 faizlə, Azərtürkbank 5,5 faizlə,  Xalqbank isə 6,5 faizlə əmanət cəlb edir.

Maraqlıdır ki, ən yüksək əmanət faizləri təklif edən Bank BTB və Bank VTB hüquqi şəxslərin depoziti və fiziki şəxslərin  əmantələrin həcminə görə banklar arasında sonuncu yerlərdə qərarlaşıblar. İlin ikinci rübünün məlumatına görə bu bankların hər birinə qoyulan əmanətlər 150 milyon manatdan çox deyil.

Ən az faizlə əmanət cəlb edən banklardan sayılan  Xalqbank depozitlərin həcminə görə 4-cü yerdədir.

 Depozit və əmanətlərin həcminə görə ilk üçlükdə  Azərbaycan Beynəlxalq Bankı, Kapitalbank və Paşabank qərarlaşıb.  

 

 

Seçilən
20
2
modern.az

10Mənbələr