AZ

Hizbullahın yeni lideri də öldürülüb

İsrail ordusunun dünən Beyruta endirdiyi raket zərbələrindən sonra Hizbullahın yeni lideri Haşim Səfiuddininin öldürülməsi xəbəri yayılıb. Tribunainfo.az xəbər verir ki, İsrail hərbi komandanlığı Səfiuddininin oturduğu qərargahı vurduqlarını və onunla yanaşı daha bir neçə Hizbullah rəsmisinin öldüyünü açıqlayıb.

Hizbullah tərəfi hələ ki, bu barədə heç bir məlumat yaymayıb. İran mediası məsələni müzakirəyə çıxarsa da, rəsmi Tehran susqunluğunu qoruyub saxlayır.

Xatırladaq ki, Haşim Səfiuddini Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra onun səlahiyyətlərini icra edirdi.

Seçilən
18
tribunainfo.az

1Mənbələr