Bakı. Trend:
Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvan MuxtarRespublikasının Naxçıvan şəhərində keçirilir. Yarmarkada Naxçıvanşəhərindən və ətraf rayonlardan, eləcə də digər bölgələrdən 60-dançox KOB subyektinin kənd təsərrüfatı və sənaye məhsulları, ocümlədən meyvə və tərəvəz, un məmulatları, tekstil, sərinləşdiriciiçkilər, arıçılıq məhsulları, xidmətlər, eləcə də sənətkarların vəyaradıcı şəxslərin əl işləri təqdim edilir və satılır.
Yarmarkanın açılış mərasimində Naxçıvan Muxtar RespublikasındaAzərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi FuadNəcəfli, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirivəzifələrini icra edən Abbas İsmayılov və KOBİA-nın İdarə Heyətininsədri Orxan Məmmədov çıxış ediblər. Çıxışlarda Naxçıvanın iqtisadipotensialı, biznes və investisiya qoyuluşu imkanları barədə məlumatverilib, “KOB FEST” kimi tədbirlərin bölgəyə məxsus məhsullarıntanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi vəyerli sahibkarlar arasında əməkdaşlığın qurulması üçün əlverişliplatforma olduğu qeyd edilib.
“KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram da təşkilolunub.
Sərgi-satış yarmarkası oktyabrın 6-dək hər gün saat 10:00-dan18:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlardafəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyiməhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədiləkeçirilir. Bu tədbir həmçinin, KOB subyektlərinə yeniəməkdaşlıqların qurulması, B2B görüşlərin keçirilməsi, mikro vəkiçik sahibkarların satış bacarıqlarının inkişaf etdirilməsinə dəöz töhfəsini verir. Naxçıvan şəhərindən əvvəl “KOB FEST” Bakı,Göygöl, Şəki, Gəncə və Masallı şəhərlərində keçirilib. Buyarmarkalarda ümumilikdə 240-dan çox KOB subyektinin məhsul vəxidmətlərinin satışına dəstək göstərilib.