AZ

Soyuducu anbarların sayı artırılmalıdır — Alma yetişdirən fermerlər nədən gileylənir?

Alma mövsümü başlayıb, artıq fermerlər məhsullarını bazarlara çıxarırlar.  Bu  il alma bağlarında məhsuldarlıq fermerlərin üzünü güldürsə də, satış qiyməti onların ürəyincə deyil. Bəzi fermerlər qiymətlə yanaşı almanı tödarük etməkdə problemlər yaşayırlar. Belə ki, böyük təsərrüfat sahibləri məhsulu soyuducu anbarlarda tədarük ediblər. Kiçik fermerlər isə məhsulu saxlamaq üçün soyuducuları olmadığına görə evdə saxlayır, sərf edən qiymətə satanadək gözləyirlər. 

İqtisadçı Akif Nəsirli Demokrat.az-a açıqlamasında deyib ki, bütün fermerlərə bərabər şəraitin yaradılması mümkün deyil: 

“Kiçik fermerlər üçün nəzərdə tutulan kiçik fərdi soyuduculardan onlar istifadə edə bilərlər. Bunun üçün onlara müəyyən subsidiyalar ayrılır, kredit şəklikdə anbarın pulunu uzun müddət ödəyirlər. Digər tərəfdən kiçik fermerlər icarə haqqı ödəməklə ərazidə mövcud olan soyuducu anbarların xidmətindən də istifadə edə bilərlər. Proses hələ təzə başlayıb, 2-3 ildir ki, kiçik anbarlar fermerlərə verilir. Yəni qısa müddətdə bütün fermerləri belə anbarlarla təmin etmək çətindir. Amma bu prosesdə ayrıseçkiliyə yol verilməməlidir, hər bir fermerə kiçik anbarlar əlçatan olmalıdır. Böyük anbarların da sayı artırılmalıdır ki, icarə haqqı optimallaşsın”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
20
demokrat.az

1Mənbələr