AZ

İranlı nazir Beyrutdan İsrailə xəbərdarlıq edib

İranlı

“Oktyabrın 1-də İsrailə raket hücumu İranın maraqlarına qarşı hücumlardan müdafiə idi”.

Reyting.az
xəbər verir ki, bunu Livana səfər edən İranın xarici işlər naziri Abbas Əraqçi Beyrutda keçirdiyi mətbuat konfransında deyib.

Nazir xəbərdarlıq edib ki, İsrail yenidən İrana hücum edərsə, ona daha güclü cavab zərbəsi endiriləcək.

Əraqçi oktyabrın 4-də Beyrutda Livan liderləri ilə danışıqlar apardığını və onlarla atəşkəsə nail olmaq imkanlarını müzakirə etdiyini bildirib.

“İran livanlı dostlarının yanındadır və müqavimət qüvvələrini dəstəkləyir. Biz Livanın qalib gələcəyinə əminik”,- Əraqçi əlavə edib.

Livan-İsrail sərhədində atəşkəsə gəlincə, o, “Hizbullah”-ın belə bir mövqe tutacağı təqdirdə İranın onu dəstəkləyəcəyini açıqlayıb.

E. KAMAL
Seçilən
14
50
reyting.az

10Mənbələr