AZ

"iPhone" istifadəçilərini sevindirəcək yenilik

"Apple" smartfonlarına məxfi məlumatların qorunmasını təmin edəcək xüsusi bir "qonaq rejimi" əlavə ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Mac Observer" nəşri yazıb.

Belə ki, sözügedən yenilik həm də ABŞ Patent və Ticarət Nişanları İdarəsinin (USPTO) saytında da göstərilib. "Apple" mühəndislərinin planına görə, bu rejim aktivləşdirildikdə şəxsi məlumatlara giriş məhdudlaşdırılacaq.

Bununla da, "iPhone" sahibləri cihazlarını digər insanlara verdikdə öz məxfi məlumatlarını qoruyub saxlaya biləcəklər. Qonaq rejimini yalnız parol vasitəsilə söndürmək mümkün olacaq.

Qedyd edək ki, bu rejim aktivləşdirilərkən cihaz sahibi hansı tətbiq və servislərə kənar şəxslərin giriş edə biləcəyini seçəcək. Əgər "iPhone" başqa bir şəxsə verilərsə, yalnız icazə verilən tətbiqləri istifadə etmək mümkün olacaq

Seçilən
11
iqtisadiyyat.az

1Mənbələr