AZ

Evdən 9 min manat oğurlayan şəxs saxlanıldı

Babək rayonunda evlərin birindən 9000 manat oğurlanması barədə polisə məlumat daxil olub.


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən news365.az-a bildirilib ki, Babək Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən B.Rüstəmov saxlanılıb.


Həyata keçirilən digər əməliyyat zamanı təmir etdiyi evdən oğurluq edən E.Əliyev də saxlanılaraq istintaqa təqdim olunub.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
2
18
news365.az

10Mənbələr