AZ

Səfir: COP29-un Azərbaycanda keçirilməsi ölkənin dünya miqyasında artan rolunun göstəricisidir

COP29-un Azərbaycanda keçirilməsi ölkənin dünya miqyasında artan rolunun bariz göstəricisidir.

“Far.Az” xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanmammet Elyasov Bakıda Türkmənistanın müstəqilliyinin 33 illiyinə həsr olunmuş tədbirdə deyib.

Səfir qeyd edib ki, Türkmənistanın xarici siyasətinin əsas istiqamətlərindən biri Azərbaycanla əlaqələrin ardıcıl şəkildə möhkəmləndirilməsidir.

“Bu gün geosiyasi və geoiqtisadi baxımdan Türkmənistan və Azərbaycan nəqliyyat, kommunikasiya və enerji dəhlizləri sistemində əsas dövlətlər olmaqla Avrasiyanın qovşağında mühüm yer tutur. Hər iki ölkə mühüm enerji layihələri həyata keçirir, eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizəyə və alternativ enerji mənbələrinin inkişafına mühüm töhfələr veriblər. Vurğulamaq istərdim ki, bu ilin noyabrında qardaş Azərbaycanda COP29-un keçirilməsi onun dünya səhnəsindəki artan rolunun əyani sübutudur”, - diplomat qeyd edib.

Elyasov əlavə edib ki, ortaq köklər, dil, dini birlik, oxşar mədəniyyət, adət-ənənələr iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasını təmin edən amillərdir.

Seçilən
0
1
far.az

2Mənbələr