1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Xızı rayonunun Yaşma qəsəbəsində iki nəfərin ölümü və üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, BMW "X 5" markalı avtomobilin yolun kənarına aşması nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.
1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və daha bir nəfər (qadın, şəxsiyyəti dəqiqləşdirilir) ölüb.
Qeyd edək ki, qəza nəticəsində daha iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
Hadisənin səbəbi araşdırılır.