AZ

"Barselona"nın Levandovski ilə bağlı yekun qərarı

style='margin-bottom:10px;'>

"Barselona" hücumçusu Robert Levandovskinin gələcəyi ilə bağlı qərar verib.

QOL.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Kataloniya rəhbərliyi futbolçunun uzun müddət yüksək səviyyəli oyun nümayiş etdirməyə qadir olduğunu düşünür. Ona görə də "Barselona"nın gələn il yeni əsas hücumçu almaq planları yoxdur. "Barselona" gələn mövsüm Levandovski ilə davam etməyə hazırdır. 

Bu mövsüm 36 yaşlı Levandovski bütün yarışlarda 10 matçda iştirak edib, 9 qol vurub və 2 qolun öürməsini verib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
16
2
teleqraf.com

3Mənbələr