AZ

Dünya çempionatı: Cüdoçularımızdan daha 2 MEDAL

Bakı. Trend:

Bu gün Düşənbədə (Tacikistan) cüdo üzrə gənclərin dünyaçempionatında fərdi yarışlar başa çatıb.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, yarışın dördüncü günündə iki azərbaycanlı idmançıtatamiyə çıxıb.

Onların hər ikisi mundialı medalla bitirib.

100 kq
Əjdər Bağırov startda Cos Şell (Niderland) üzərində qələbə qazanıb,daha sonra Qaqa Qaqadze (Gürcüstan) və Mate Lakoşa (Macarıstan)qalib gələrək yarımfinala yüksəlib. O, bu mərhələdə MuhammedsodiqSadıkova (Özbəkistan) məğlub olub və Alireza Niksereşt (İran) iləbürünc medal uğrunda mübarizə aparıb. Qələbə qazanan cüdoçumuzfəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

+100 kq
Kənan Nəsibov Tamaz Beqanaşvili (Gürcüstan), Recep Ergin (Türkiyə),Darius Dobre (Rumıniya) və Arsen Kadzaevi (IJF) məğlub edərəkfinala yüksəlib. Həlledici döyüşdə o, Denis Baçayevlə (IJF)qarşılaşıb. Nəsibov məğlub olduğundan dünya çempionatını gümüşmedalla bitirib.

Beləliklə, millimiz mundialı 1 gümüş və 2 bürünc mükafatlabitirib. Cüdoçularımızdan daha öncə Süleyman Şükürov (81 kq) dafəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Seçilən
20
az.trend.az

1Mənbələr