AZ

İsrail ordusu Livanda iki HƏMAS liderini MƏHV EDİB

İsrail ordusu və Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) birgə keçirdiyi əməliyyat nəticəsində HƏMAS-ın Livandakı hərbi qanadından olan iki lider məhv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, öldürülənlərdən biri Məhəmməd Hüseyn Əli əl-Mahmud İordan çayının qərb sahilində terror əməliyyatlarına rəhbərlik edib və İsrailin xaricdəki hədəflərinə terror hücumları təşkil edib.

Digəri, Tripolidə öldürülən Səid Alaa Naif Əli də İsrail hədəflərinə hücumlara rəhbərlik edib və Livandakı HƏMAS sıralarına cəlb olunub.

Qeyd edək ki, İsrail ordusu müharibə başlayandan bəri ilk dəfə olaraq Livanın şimalında ikinci böyük şəhər hesab edilən Tripolidə hücum həyata keçirib.

Bizim.Media

Seçilən
124
50
bizim.media

10Mənbələr