AZ

"Növbə Ermənistandadır, ümid edirik ki, tarixi fürsət əldən verilməyəcək"- Elçin Əmirbəyov

Image

Azərbaycan Ermənistanla davamlı sülhün əldə edilməsinə sadiqliyini bir daha təsdiqləyir. Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov yazıçı-tarixçi Karlo Marinoya müsahibəsində deyib.

"Biz bu mövzuya maraq göstərdiyinə və qonşularımız olan ermənilərlə münasibətlərin normallaşdırılması üçün Azərbaycanın təqdim etdiyi sülh proqramını dəstəklədiyinə görə Müqəddəs Taxt-Taca minnətdarıq. Yəqin ki, bilirsiniz ki, ölkələrimiz arasında sülh sazişinin bağlanmasına yönəlmiş ikitərəfli danışıqlar həlledici yekun mərhələyə qədəm qoyub. Mən Azərbaycanın Ermənistanla davamlı, etibarlı və geridönülməz sülhə nail olmağa sadiq olduğunu bir daha təsdiqləmək üçün buradayam", - deyə E.Əmirbəyov bildirib.

O qeyd edib ki, bu məqsədə nail olmaq üçün gələcək sülh sazişinin ərazi iddialarına, təcavüzə və ya hərbi münaqişəyə qayıdışı hətta nəzəri cəhətdən də tamamilə qeyri-mümkün etməsini təmin etmək vacibdir.

"Azərbaycan bundan kifayət qədər zərər çəkib və gələcəkdə bu ssenarinin təkrarlanmasının qarşısını almaq istəyir. Bunun üçün Ermənistan təcili olaraq Azərbaycanın suveren ərazisinin bir hissəsi ilə bağlı hazırkı Konstitusiyasında təsbit olunmuş aşkar ərazi iddialarını nəzərdən keçirməlidir. Sülh yolunda bu kritik maneənin əhəmiyyətini inkar etməklə və nəyin bahasına olursa-olsun saziş imzalamaq üçün qısa yollardan istifadə etməklə, görünür, vəziyyətə məhəl qoymur. Növbə Ermənistandadır və ümid edirik ki, səhifəni çevirmək üçün bu tarixi fürsət əldən verilməyəcək", - deyə E.Əmirbəyov əlavə edib.

ZÜMRÜD





phrase_var_article.chosen
72
2
baki-xeber.com

2phrase_var_article.sources