AZ

Rusiyanın 4 vilayətinə PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Voronej, Kursk, Belqorod və Bryansk vilayətləri üzərində Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Ötən gecə Ukraynanın Rusiya ərazisində hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə etməklə hücum cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Kurskda 2, Belqorod, Voronej və Bryanskda hərəsində bir PUA məhv edib”, - məlumatda qeyd olunub.

Seçilən
27
3
axar.az

4Mənbələr