ABŞ prezidentliyinə namizəd Donald Tramp milyarder İlon Maskla birlikdə təxminən üç ay əvvəl Pensilvaniya ştatının Butler dairəsində onun həyatına qəsd edilən yerdə mitinq keçirib.
News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə CBS Nyus məlumat yayıb.
“Mən faciə və ürək ağrısından sonra Pensilvaniya və bütün Amerika xalqına sadə bir mesaj çatdırmaq üçün bu gecə Butlerə qayıtdım”, - Tramp çıxışında deyib.
Daha sonra İlon Mask səhnəyə çıxıb və noyabrda keçiriləcək prezident seçkilərini “həyatımızın ən vacibi” adlandırıb. O bildirib ki, Konstitusiyanı və demokratiyanı qorumaq üçün Tramp qalib gəlməlidir.