AZ

XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub (FOTO)

Bakı. Trend:

Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalınınaçılışı olub.

Trend xəbər verir ki, açılış mərasimində Mədəniyyət Nazirliyininrəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətininüzvləri, incəsənət xadimləri, həmçinin kinosevərlər iştirakediblər.

Tədbirdə çıxış edən festivalın direktoru Fehruz Şamıyev bildiribki, 15 ildir əzmlə yoluna davam edən festival hər ilkinematoqrafçıları bir araya gətirir:

"Bu illər ərzində miqyasımızı xeyli genişləndirməyi bacarmışıq,bu bizim uğurumuzdur. Festival yerli müəllifləri stimullaşdırmaqlayanaşı, yaradıcı müzakirələr üçün imkan yaradır".

Azərbaycan Respublikası Kino Agentliyinin direktoru vəzifəsiniicra edən, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu öz çıxışındafestivalların əhəmiyyətindən söz açıb:

"Bakı Beynəlxalq Film Festivalı Azərbaycanın ən uzunömürlü kinofestivalıdır. Kinematoqrafiyanın inkişafına təkan verən hər birfestivalı alqışlayırıq. Çox şadıq ki, belə uğurlu layihələrdən biriolan,15 illik böyük yol qət edən festivalın açılış mərasimindəyik.Bu festivalın ənənəvi olaraq keçirilməsində əməyi olan hər kəsətəşəkkür edir, iştirakçılara uğurlar arzulayıram".

Sonra festival ənənəsinə sadiq qalaraq Azərbaycan kinosundakıxidmətlərinə görə Xalq artistləri Həmidə Ömərova və ŞükufəYusupovanı "Qızıl Nar" mükafatı ilə təltif edib.

Daha sonra festivalın münsiflər heyətinin üzvləri səhnəyə dəvətolunub.

Diqqətə çatdırılıb ki, 15-ci yubiley açılışına bir sırayeniliklərlə gələn festival bu ildən tammetrajlı filmlərinmüsabiqəsini keçirir. Belə ki, festivalın beynəlxalq müsabiqəsindətammetrajlı bədii və qısametrajlı filmlər yarışır.

Mərasimin sonunda 2 film nümayiş olunub.

Qeyd edək ki, festival ayın 8-ə kimi davam edəcək. Bu ilfestival çərçivəsində ümumilikdə 26 ölkəni (Almaniya, Fransa,İtaliya, Britaniya, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya,Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Moldova,Xorvatiya, İran və digərləri) əhatə edən 79 film Nizami KinoMərkəzində beş gün müddətində nümayiş olunacaq. Festival filmlərinəgiriş sərbəstdir.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu ilMədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinindəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) film festivalınınbir hissəsidir. Bu böyük tədbirdə DokuBaku Beynəlxalq SənədliFilmləri Festivalı, ANIMAFILM Beynəlxalq Animasiya Festivalı, ATATürk dünyası Beynəlxalq Animasiya filmləri festivalı kimi tanınmışfestivallar da iştirak edir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az,Azernews.Az

XV
XV
XV
XV
XV
XV
XV
XV
XV
XV
XV
XV
XV
XV
XV
XV
XV
XV
XV
XV
XV
XV
XV
Seçilən
18
6
az.trend.az

7Mənbələr