AZ

“Qarabağ” III mərhələdə

Qadın həndbolçulardan ibarət “Qarabağ” avrokubok mövsümündə ikinci sınağına çıxıb.

Apasport.az xəbər verir ki, ilk qarşılaşmada qələbə qazanan təmsilçimiz Avropa kubokunun 2-ci mərhələsində “Differdanj”la cavab oyunu keçirib.

Lüksemburq klubu ilə hər iki matç Bakıda baş tutub. Dünən ilk görüşdə rəqibini məğlub edən “Qarabağ” bu oyunda nominal qonaq sayılıb. Fasiləyə “Differdanj” üstün yollansa da, ikinci hissədə daha yaxşı oynayan təmsilçimiz 1 top fərqi ilə qalib gəlib - 26:25.

Qeyd edək ki, 3-cü mərhələnin matçları noyabrın 10-16-da keçiriləcək.

Həndbol üzrə Azərbaycan çempionatına start verildi

Azərbaycan çempionatına start veriləcək

"Azəryol" çempion, "Qarabağ" 3-cü oldu

"Bakı"nın avrokubok oyunlarının vaxtı bəlli oldu

"Kür"ün rəqibi Mingəçevirə gələcək

Seçilən
29
1
apasport.az

2Mənbələr