AZ

Xamenei İsrailə zərbə endirən generalı TƏLTİF ETDİ

İranın ali lideri Əli Xamenei İsrailə qarşı raket hücumuna komandanlıq edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava və raket qüvvələrinin komandanı general Əmir Əli Hacızadəni "Qələbə medalı" ilə təltif edib.

Musavat.com xəbər verir ki, bu barədə SEPAH-ın "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunub ki, medalın verilməsi "Doğru vəd" əməliyyatının uğurlu nəticələri ilə bağlıdır.

Məlumata görə, medalın üzərində üç xurma yarpağı, Xürrəmşəhr Məscidinin günbəzi və İran İslam Respublikasının bayrağı əks olunub.

Musavat.com

 
Seçilən
0
12
musavat.com

10Mənbələr