İsrail ordusunun endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 870 nəfərə çatıb.
“Azreform.info ” xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumilikdə 97 166 insan zərər çəkib.
Yalnız son sutkada 45 nəfər ölüb, 256 nəfər yaralanıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.