AZ

Şəhər statuslu bu şəhərlərdə müvafiq infrastruktur yaradılmayıb VİDEO

Azərbaycanda Dəliməmmədli, Göytəpə, Qovlar, Liman adlı şəhərlər var. Amma insanların çoxu bu şəhərləri tanımır.

Xezerxeber.az xəbər verir ki, söhbət rayonların inzibati ərazisinə daxil olan bəzi şəhərlərimizdən gedir.

Dəliməmmədli şəhəri 33 il öncə yaranıb. Bu şəhərdə 11 mindən çox əhali yaşayır. Sakinlər bildirirlər ki, adı şəhər olsa da, burada şəhər infrastrukturu tam yaradılmayıb.

Cəlilabad rayonunun Göytəpə şəhərində isə əhalinin sayı 15 mindən artıqdır.

Sakinlər deyirlər ki, əvvəllər statusunun haqqını verən Göytəpədə indi sənaye üzrə heç bir istehsal müəsissəsi yoxdur. Şəhər əsasən kənd təsərrüfatı üzrə ixtisaslaşıb. Ona görə də  əhalinin  məşğuliyyətini əkin-biçin və maldarlıq təşkil edir.

Məsələ ilə bağlı Göytəpə Şəhər İcra nümayəndəsi Elnur Əmirov "Xəzər Xəbər"ə bildirib ki, Göytəpə hələ sovetlər dönəmində - 1967-ci ildə şəhər status alıb. Onun sözlərinə görə, həmin dövrdə də şəhər sakinlərinin əsas məşğuliyyəti kənd təsərrüfatı olub. Elnur Əmirov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bu şəhərdə müəyyən layihələr həyata keçirilir.

Sakinlər seçim etməkdə azaddırlar, yəni istəyənlər yeni yaradılmış müəsissələrdə çalışırlar, istəməyənlər öz fərdi təsərrüfatlarını yaradırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

phrase_var_article.chosen
70
xezerxeber.az

1phrase_var_article.sources