AZ

“Qarabağ” və “Zirə”nin futbolçuları ölkə çempionatlarında yubiley oyunlarına çıxıblar

“Qarabağ”

Bakı, 7 oktyabr, AZƏRTAC

Misli Premyer Liqasının IX turu “Qarabağ”ın futbolçusu Toral Bayramov üçün əlamətdar olub.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, Premyer Liqada 100-cü oyununu keçirib. 23 yaşlı müdafiəçinin yubileyi “Sumqayıt”la səfər matçına təsadüf edib. 100 görüşdə 15 qol vuran futbolçu yalnız bir komandada forma geyinib. Bütün oyunlarını “Qarabağ”da keçirən T. Bayramovun debütü 2019/2020 mövsümündə gerçəkləşib. O, 2019-cu il sentyabrın 23-də “Zirə” ilə səfər qarşılaşmasında (3:1) meydana çıxıb.

“Zirə”nin futbolçusu Ruan Renato da Azərbaycan çempionatlarında 100-cü oyununu çıxıb. 30 yaşlı braziliyalı müdafiəçinin yubileyi Misli Premyer Liqasının IX turuna “Turan Tovuz”a qarşı matçda reallaşıb. R. Renato həmin qarşılaşmanın səfər matçına start heyətində çıxıb. O, Premyer Liqada çıxdığı 100 oyunda 5 qol vurub. Renato Azərbaycanda iki komandada forma geyinib. “Qəbələ”də 59 görüşdə 4 dəfə qola sevinən müdafiəçi “Zirə”də keçirdiyi 41 qarşılaşmada 1 dəfə fərqlənib. Onun debütü 2021/2022 mövsümünə təsadüf edib. Ruan 2021-ci il avqustun 15-də “Neftçi” – “Qəbələ” oyununda (2:2) şans qazanıb.

Qeyd edək ki, “Turan Tovuz” – “Zirə” görüşündə qərblilər 1:0 hesabı ilə qələbə qazanıblar.

Seçilən
4
14
azertag.az

10Mənbələr