Bakı, 7 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev oktyabrın 11-i saat 10:00-da Gəncə Şəhər Prokurorluğunun inzibati binasında Gəncə şəhər sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı şəhər prokurorluğu tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar şəhər prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (“İnstagram”, “Facebook” və “X”) vasitəsilə də qəbula yazıla bilərlər.