Hakim “Gürcü arzusu” partiyası prezident Salome Zurabişviliyə qarşı yenidən impiçment proseduruna başlayır.
Yenisabah.az xəbər verir ki, prosedur simvolik xarakter daşıyır, çünki yekun qərarı oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra növbəti parlament verməlidir.
Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Zurabişvili hökumətlə razılaşdırılmamış xarici səfərlər etməklə ölkə Konstitusiyasını pozmaqda davam edir. vakansiya
Gürcüstanda prezident seçkilərinin bu ilin noyabr-dekabr aylarında keçiriləcəyi gözlənilir.
Keçən ilin oktyabrında “Gürcü arzusu” Zurabişviliyə qarşı impiçment prosedurunu başlatmağa uğursuz cəhd etdi. Partiya onu prezident səlahiyyətlərini aşmaqda ittiham edib.
Telegram kanalımız