AZ

İsrail ordusu İrana hücumu Netanyahu və müdafiə naziri Yoav Gallant tərəfindən təsdiqlənməlidir

İsrail ordusu İranın çərşənbə axşamı həyata keçirdiyi ballistik raket hücumuna cavab verməyi planlaşdırır və şənbə günü cavabın "ciddi və effektli" olacağı barədə xəbərdarlıq edib. Bu barədə “The Times of Israel” nəşri xəbər yayıb.

Medi orqanı bildirir ki, hərbi plan baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallant tərəfindən təsdiqlənməlidir.

ABŞ prezidenti Co Bayden cümə günü deyib ki, İsrail İranın ballistik raket hücumuna necə cavab verəcəyinə hələ qərar verməyib, lakin İranın neft obyektlərinə hücum etməkdən çəkinməyi təklif edib.

"Mən İsrailin yerinə olsaydım neft yataqlarına zərbə vurmaqdan başqa alternativlər haqqında düşünərdim".

Bu həftənin əvvəlində isı Bayden İsrailin İranın nüvə obyektlərini hədəf almasına qarşı olduğunu da bildirib. Donald Tramp isə tam əksinə, İsrailə məsləhət görüb ki, hər şeydən öncə İranın nüvə obyektlərini vurmaq lazımdır.

“The Times of Israel” yazır ki, İran tərəfi isə Yaxın Şərqdə yaranmış gərginliyin aradan qaldırılmasına çağırış edib…

Görünən odur ki, İsrail İranı vurmağa hazırlaşır. İsrail ilə İran arasında müharibənin başlaması Azərbaycan üçün də müəyyən təhlükələr yaradacaq. Heç şübhəsiz ki, Azərbaycan situasiyaya uyğun hərəkət edəcək. Cəmi 1 aydan sonra ABŞ-da president seçkisi keçiriləcək. Donald Trampın president seçilməsi İran üçün ağır nəticələr doğura bilər. Çünki D.Tramp İsrailə aşırı dərəcədə dəstək verən birisidir. İş orasındadır ki, D.Tarmpın president seçilmək şansı çox yüksəkdir. Çünki o, Rusiya-Ukrayna müharibəsini bitirəcəyini bildirir. Amerika xalqı üçün isə bu, son dərəcə ciddi amildir...

Elbəyi Həsənli

visiontv.az



Seçilən
61
50
visiontv.az

10Mənbələr