Moskvada MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistan və Azərbaycanın XİN rəhbərləri arasında görüş planlaşdırılmır.
"Cebheifo.az" xəbər verir ki, bunu yerli mediaya açıqlamasında Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan deyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan sözügedən iclasda iştirak etmək üçün Moskvada səfərdədirlər.
"Cebheifo.az"