“Hizbullah” şiə hərəkatının öldürülən lideri Həsən Nəsrullahın varisi Haşim Safiedinlə oktyabrın 4-dən bəri əlaqə saxlanılmayıb.
Vətəninfo.az xəbər verir ki , bu barədə “AL Arabia” məlumat yayıb.Bildirilir ki, İsrail Beyrutun cənub ətrafına irimiqyaslı zərbə endirərək, Haşim Safiedinin yeraltı bunkerini hədəf alıb. Livan təhlükəsizlik mənbəsi və digər iki Livan təhlükəsizlik mənbəsi bildiriblər ki, İsrailin oktyabrın 4-dən Beyrutun cənub ətrafı Dahiya kimi tanınan bölgəsinə davam edən zərbələri xilasedicilərin hücum yerini tədqiq etməsinə mane olub. Hizbullah hücumdan sonra Səfiəddinin vəziyyəti ilə bağlı hələlik şərh verməyib. İsrail polkovnik-leytenantı Nadav Şoşani cümə günü bildirib ki, ordu hələ də Hizbullahın kəşfiyyat qərargahına endirilən hava hücumlarının nəticələrini qiymətləndirir.