AZ

Niderland Ukraynaya vəd etdiyi “F-16”-ları göndərdi – Əlavə 400 milyon avro ayırdı

Niderlandın müdafiə naziri Ruben Brekelmans Amsterdamın Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi öhdəsinə götürdüyü ilk “F-16” qırıcılarının Kiyevə çatdırıldığını təsdiqləyib. O, ilk partiyaya neçə qırıcının daxil edildiyini dəqiqləşdirməyib və yalnız 24 təyyarənin qalan hissəsinin yaxın aylarda veriləcəyini qeyd edib.

Brekelmans Ukraynaya səfərindən sonra X sosial şəbəkəsində yazıb: “Bu, təcili olaraq lazım idi”. O, həmçinin bildirib ki, Niderland Ukrayna ilə müşahidə, müdafiə və hücum üçün müasir dronların birgə hazırlanması və istehsalı üçün 400 milyon avro ayırır.

Brekelmans qeyd edib ki, Kiyev əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükünü xahiş edir, xüsusən, “Patriot” zenit-raket kompleksləri vacibdir.

Niderland bu hava hücumundan müdafiə sistemlərinin komponentlərini Ukraynaya verib və daha çox tədarük etməyi planlaşdırır. Avqustun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski ilk “F-16” təyyarəsinin artıq Ukraynada olduğunu təsdiqləyib və onları gizli aerodromda göstərib. Bundan bir qədər əvvəl Qərb mediası xəbər vermişdi ki, altı qırıcı Ukraynaya Niderlanddan gəlib, daha bir neçə təyyarənin Danimarkadan gələcəyi gözlənilir.

Avqustun sonunda Ukrayna Silahlı Qüvvələri ilk “F-16” qırıcısını itirib.

“Times” qəzetinin yazdığına görə, növbəti il ərzində Ukrayna Belçika və Norveç də daxil olmaqla ümumilikdə 20-yə yaxın “F-16” qırıcısı almalıdır.

“AzPolitika.info”

Seçilən
20
azpolitika.info

1Mənbələr