Kristian da Silva indiyə qədər çıxış etdiyi komandalarda bir mövsümdə iki qoldan çox vurmayıb.
90deqiqe.Az xəbər verir ki, "Turan Tovuz"dan başqa o, APOEL, "ÇFR Kluj", "Nasyonal", "Pakoş Ferreyra", "Feyrense", "Kasa Pia", "Akademika Koimbra" və "Sabah" kimi komandaların formasını geyinib.
Hazırda "Turan Tovuz"da iki qol vuran yarımmüdafiəçi Braziliya mətbuatına açıqlama verib: "Həmişə müdafiəyə daha çox diqqət yetirən, komandanın bu mövqedən çıxmasına kömək edən və onu təşkil edən oyunçu olmuşam. Buna görə də, hücumda nadir hallarda iştirak edirəm. 2024/25 mövsümündə bir az daha sərbəstliyim var və bu, statistikada özünü göstərir. Ümid edirəm ki, indi daha çox qol vurub, öz rekordumu qıra bilərəm."